Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Axtarışda olan şəxs polisi silahla hədələdi, tərksilah edildi

Baxılıb: 698     Tarix: 26-05-2018 12:33   

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib. DİN-nin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək, Şöbəyə gətirilib.
 
Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.
 
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar