Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda baş verən bir neçə oğurluqların üstü açıldı

Baxılıb: 707     Tarix: 26-05-2018 15:36   

Azərbaycanın bir sıra bölgələrində baş vermiş oğurluq hadisələrinin üstü açılıb. Qanunvehedef.az-ın DİN-nin saytına istinadən həmin faktların bir neçəsini təqdim edir:
 
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin martından may ayınadək olan müddətdə rayon ərazisində 3 nəfərin avtomobillərindən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev saxlanılıb.
 
Oğurluq etdiklərinə görə tutulmuş Ayxan Hüseynovun və Orman Kulaibin ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Gəncə şəhər sakini İlkin Mahmudovla birgə oyun salonlarının birindən 5 ədəd televizor oğurlamaları da müəyyən edilib. Görülmüş tədbirlərlə İ.Mahmudov məhsuliyyətə cəlb edilib.
 
Oğurluq etdiyinə görə tutulmuş Xəzər Hüseynovun ətrafında Masallı RPŞ–nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Mirzəyevlə birgə iki mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə S.Mirzəyev saxlanılıb.
 
Astara RPŞ-nin əməkdaşları tərəfindən mayın 24-də Şahağacı kəndindəki evlərin birindən 25000 rubl (690 manat) pul oğurlamaqda şübhəli bilinən kənd sakini Şəhram Əliyev tutulub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar