Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ağdaşda 45 yaşlı narkotik alverçisi SAXLANILDI - FOTO

Baxılıb: 605     Tarix: 24-09-2019 10:51   

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 45 yaşlı Gəray Əliyev saxlanılıb. 
Şəxsi axtarış zamanı ondan 2 ədəd kiçik sellofan bükümdə ümumi çəkisi 2,366 qram narkotik vasitə olan heroin aşkar edilib.Davam etdirilən tədbirlərlə G.Əliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 36 qrama yaxın qurudulmuş marixuana və 20 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar