Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda qayınata 30 yaşlı gəlinini buna görə baltaladı - ŞOK TƏFƏRRÜAT

Baxılıb: 509     Tarix: 25-09-2019 11:23   

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib.
"Qafqazinfo"ya hadisənin təfərrüatları məlum olub.
Cəmilə Məhərrəmovanın yaxınlarının verdiyi məlumata görə, hadisə mülk üstündə baş verib. Belə ki, hadisə baş verən gün Firdovsi Məhərrəmov qızıgilə gedib. O, kürəkəni ilə dava edərək, qızıgilə verdiyi evdən çıxmasını tələb edib. Kürəkəni tərəfindən evdən qovulan qayınata, Cəmilə Məhərrəmovanın yaşadığı ünvana gəlib. O, buradada eyni söhbəti edərək, oğlugilin evdən çıxmasını istəyib. 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov hamını öldürəcəyini dilə gətirib. Bu zaman Məhərrəmova nar ağacının altında qab yuyurmuş. Bundan şikayətlənən Firdovsi Məhərrəmov suyu ağacın dibinə tökməməsini istəyib. Bu zaman qayınata arxadan balta ilə gəlinini vurub. Mərhumun böyük oğlunun gözü qarşısında Cəmilənin bədəninə 12 zərbə endirən Məhərrəmov, gəlinini sürüyərək evin arxasına aparıb. O, daha sonra polisə gedərək təslim olub.
4 uşaq anası olan Cəmilənin əri heyvandarlıqla məşğul olub. Hadisə baş verən zaman mərhumun həyat yoldaşı evdə olmayıb.
Məlumata görə, Firdovsi Məhərrəmov əvvəllər məhkum olunub. Onun zorlama hadisəsinə görə 10 ilə yaxın həbs cəzası çəkdiyi deyilir. Buna görə 3 ay öncə həbsdən çıxan Məhərrəmovdan yaxınları üz döndərib.
Qeyd edək ki, F.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər