Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıya gələn 3 avtobus qəzaya düşdü: YARALILAR VAR - FOTO

Baxılıb: 818     Tarix: 27-05-2018 10:34   

Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. Qanunvehedef.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İbrahimov Dilqəmin “05-BE-640” nömrəli, Elmir Hüseynovun “99-JD-403” nörməli və Elçin Qarayevin “99-HJ-256” nömrəli avtobusları toqquşub.
 
E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.
 
Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.
 
Xəsarət alan sərnişinlər bunlardır:
 
Bakı sakini Cavadova Yana – 51 yaş
 
Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş
 
Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş
 
Bakı sakini Şayxatarov Renat – 58 yaş











Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar