Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda tarixi qaladan silah-sursat aşkar edildi.

Baxılıb: 969     Tarix: 28-05-2018 16:13   

Nardaran Qalasında silah-sursat gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olumuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı “Nardaran Qalasında” gizlətməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirlən zaman oradan 1 ədəd “Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin salah-sursatımn ona məxsus olmasını etiraf edib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar