Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nisyə pomidor davası ölümlə nəticələndi - Azərbaycanda

Baxılıb: 649     Tarix: 30-05-2018 14:59   
Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.
Qanunvehedef.az-ın apa-ya istinadən məlumatına görə, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.
Aralarında baş verən dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib. Yerə yıxılan C. Məmmədov qəflətən dünyasını dəyişib.
Onun isti havada əsəbi gərginlik keçirdiyi və ürəktutması səbəbindən öldüyü ehtimal edilir. Digər şəxslər qara rəngli "QAZ 24" markalı minik maşını ilə hadisə yerindən qaçıblar.
Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.
Cümşüd Məmmədov da həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar