Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sabiq polis rəisi məhkəmə zalından azadlığa buraxıldı

Baxılıb: 719     Tarix: 30-05-2018 17:28   

Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən Fərhad Məmmədxanova şərti cəza verilib və məhkəmə zalından buraxılıb.
 
Xatıladaq ki, dövlət ittihamçısı çıxışında Fərhad Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov Hacı Eldar Hənifəyevi  180 min manat pulunu mənimsəməkdə təqsirli bilinir. Həmin zərərdən 30 min manat qaytarılıb.
 
Fərhad Əmirxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham verilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar