Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Leyla Əliyevanın əsərləri məşhur sərgidə - Foto

Baxılıb: 725     Tarix: 31-05-2018 12:39   
Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində, “Port Baku Mall”ın bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin «LivingwithArt» adlı şəxsi sərgisi açılıb.
Festivalın mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, sərgidə Kirill İstomin “İnterior Design & Decorating” dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir.
Sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri, İDEA ictimai birliyinin rəhbəri Leyla Əliyevanın rəsmləri quraşdırılıb.
Qeyd edək ki, sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdırlar. Sərgidə həmçinin xüsusi olaraq Bakı üçün yaradılmış və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş edilir.
Leyla Əliyeva aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş şəkillər yaradıb. Onun əsərləri artıq Paris, Berlin, London, Moskva şəhərlərində nümayiş edilib.
2002-ci ildə yaradılmış Kirill İstomin “İnterior Design & Decoration” bu gün daxili dizayn və dekorasiya sahəsində lider mövqeyə malikdir. Layihələri bütün dünyada həyata keçirilir. Şirkət daxili memarlığın yaradılması və fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, fərdi otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar