Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı -YENİLƏNİB - FOTOLAR

Baxılıb: 712     Tarix: 31-05-2018 17:22   

Fövqəladə Hallar Nazirliyi Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.
 
Qanunvehedef.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb. Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
 
14:43
 
Sabunçu rayonundakı yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
 
Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.
 
S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
***
 
13:12
 
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
 
Qanunvehedef.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
 
Yanğın söndürülüb. Əlavə məlumat veriləcək.














шаблоны для dle 11.2