Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda ana və 17 yaşlı qızını niyə güllələdilər? - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT

Baxılıb: 534     Tarix: 01-06-2018 10:24   

Dünən axşam saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində ana və qızını güllələyən şəxs tutulub. Qanunvehedef.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sadıxcan küçəsi 13 ünvanında 55 yaşlı Esmira Cəfərova və onun qızı, 17 yaşlı Cəfərova Aytən Mehman qızını güllələyən 1997-ci il təvəllüdlü Qədimov Sabir Elçin oğlu könüllü şəkildə polisə təslim olub.
 
İlkin araşdırmalar zamanı qanlı cinayətin münaqişə zəminində törədildiyi məlum olub. Belə ki, bir müddət əvvəl Aytənlə Sabir arasında münasibətlər yaranıb və gənc oğlan qıza onunla nişanlanacağını deyib. Lakin sonradan onların arasındakı münasibətlər pozulub və Sabir qızıgilin evinə elçi göndərməkdən imtina edib. oğlanın bu qərarı qarşı tərəfi hiddətləndirib və 17 yaşlı Aytən Sabirə zəng edib. Həmin zəngdən sonra 21 yaşlı oğlan babasından qalan tüfəngi götürərək yaşadığı evin yaxınlığında yerləşən Aytən Cəfərovagilin evinə gəlib. O, qızı güllələmək istəyərkən Aytənin anası Esmira Cəfərova özünü qabağa verib. Nəticədə ana və qızı güllə yaraları alıb. Lakin xəstəxanaya çatdırılan 17 yaşlı Aytənin həyatını xilas etmək mümkün olmayıb.
 
Bildirilir ki, qızı güllələməyə gələn 21 yaşlı Sabir iki dəfə atəş açıb. O, hadisədən sonra uzaqlaşsa da, sonradan polis bölməsinə gedib. S.Qədimov deyib ki, Aytən onu söydüyü üçün belə bir addım atıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
 
*****
 
 
00:16
 
 
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib. APA-nın xəbərinə görə, insident zamanı ana ilə qızı tüfənglə güllələnib.
 
Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Anaya sol çiyninin, çənəsinin çoxsaylı yaraları, qızına isə döş qəfəsinin çoxsaylı yaraları diaqnozu təyin edilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.
 
Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.
 
Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.
 
Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar