Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Kaspi”dən Topçubaşov hədiyyəsi - Foto

Baxılıb: 876     Tarix: 01-06-2018 14:25   
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Kult.az xəbər verir ki, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr”i təqdim edilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitablar haqqında danışıb. O bildirib ki, “Kaspi”dən seçmələr” kitabında AXC-nin qurucularından olan görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilinə tərcüməsi toplanıb.
“XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” nəşrində isə ölkəmizin siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətindən bəhs olunur.
Daha sonra çıxış edən “Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Cümhuriyyətin 100 illiyindən və ona verilən qiymətdən danışıb:
“Çox sevinirəm ki, bu gün aktual mövzudan bəhs edən iki kitabın təqdimatına yığışmışıq. Biz öz fəaliyyətimizdə daim millət üçün gərəkli mövzulara yer vermişik.
Əvvəlki nəşrlərdə kitaba düşməyən AXC varislərini yenidən kitaba daxil etdik. Kitabı “XX əsrin dövlət qurucuları” adlandırmaqla həm də Ulu öndərə bölmə ayırdıq”.
Tədbirdə çıxış edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təqdimatı keçirilən kitabların çox dəyərli olduğunu vurğulayıb.
Digər çıxış edənlər də “Kaspi nəşrləri” seriyasından çapdan çıxan kitablarla bağlı fikirlərini bölüşüblər.
Tədbirdə hər il bir şəxsə verilən “Kaspi” mükafatının builki sahibinin adı açıqlanıb. Builki mükafatın sahibi heykəltəraş Ziyadxan Əliyev olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar