Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Həyətində çətənə əkən Masallı sakini tutuldu

Baxılıb: 876     Tarix: 25-04-2018 15:10   
 Masallı Rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər əkib-becərən rayon sakini saxlanılıb.

 Axtarış zamanı onun yaşadığı evdən də istehlak miqdarından artıq çəkidə qurudulmuş marixuana aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə Masallı Rayon Polis şöbəsinə şəhərin Qurtuluş küçəsinin sakini, əvvəllər məhkum olunmuş Valeh Tağıyevin yaşadığı evin həyətində əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub. 

RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat axtaış tədbirləri nəticəsində Valeh Tağıyevin yaşadığı evin həyətindən narkotik tərkibli 9 ədəd çətənə bitkisinin, 2 ədəd isə xaş-xaş bitkisinin şitili aşkar edilərək götürülüb.Onun yaşadığı evə baxış keçirilərkən isə qanunsuz yolla əldə etdiyi 435 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar