Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

DTX-nın sorğuladığı xanım müavin vəzifəsindən azad olundu

Baxılıb: 902     Tarix: 25-02-2020 13:03   

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, YAP-ın deputatlığa namizədi Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub.
Bu barədə Unikal.org-a Neftçala rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev məlumat verib.
İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib:
“Onun barəsində istintaq özü iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. G.Sadıqova dünən icra hakimiyətindəki otağını da boşladıb”.
Qeyd edək ki, DTX əməkdaşları G.Hacıyevanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar