Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sumqayıtda 2 qardaş bıçaqlanıb

Baxılıb: 842     Tarix: 26-02-2020 10:57   

Sumqayıtda bıçaqlanma ilə nəticələnən dava baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində bir neçə nəfərin iştirakı ilə kütləvi dava qeydə alınıb. Dava sonda qanla nəticələnib. Belə ki, 20-ci məhəllə sakinləri olan 2 qardaş - 1975-ci il təvəllüdlü Məmmədov Valeh Əbülfət oğlu və 1980-ci il təvəllüdlü Məmmədov Ramiz Əbulfət oğlu bıçaqlanıblar. Müxtəlif dərəcəli bıçaq yarası alan qardaşlar xəstəxanaya yerləşdirilib.
Hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.
Faktla bağlı araşdırma aparılır.



{sape_links}{sape_article}