Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sən acından yox, ağılsızlıqdan ölürsən!

Baxılıb: 624     Tarix: 05-06-2018 11:06   
Maraqlı deyimdir: “Bir futbolçunun ayağına verilən pul min alimin başına verilən puldan çoxdur”.
Hər dəfə bu fikri xatırlayanda düşünürəm ki, görəsən, bu alimlərin içində bir ağıllısı tapılacaqmı dünyanın bu acınacaqlı halına əl gəzdirsin...
Son günlər sosial şəbəkələrdə bir Kəramət rüzgarı əsməyə başlayıb ki, gəl görəsən. Gənc yazar Kəramət Böyükçölü deyirəm. Bəlkə də özü belə bu qədər uğurlu olacağına inanmırdı “Bir kitab 100 manat” aksiyasının. Amma məlum oldu ki, bu aksiya yazarlardan daha çox, oxucuların ürəyincə olub. Çox sevindirici haldır, adamlar tərəddüd etmədən 100 manat verib kitab almağa başladılar.
Bu həm də o demək oldu ki, qiyməti iki-üç manat olan kitablar oxucuların yox, elə birbaşa yazarların “əl işi”dir. Necə deyərlər, öz zəhmətinə qiymət verə bilmirsənsə, başqalarından diqqət gözləmə.
Həm də öz kitabına, az qala, qəpik-quruş qiyməti layiq bilən adamlar, harda fürsət tapsalar, başlayırlar cəmiyyəti günahlandırmağa ki, bəs toya müğənni çağırıb, 10 min manat verirlər, bizim kitablarımıza 5 manat verməyə ərinirlər. Bilmək istəyirsinizsə deyim, heç kim ərinmir, yoldaşlar! Elə Kəramətin aksiyası bu mənasız şikayətinizə ən gözəl cavabdır.
O bəyənmədiyiniz müğənni tayfasının heç səsi olmayanı belə, sırıya bilir öz məhsulunu kütləyə. Hətta borc-xərc edib, hər gün bir televiziya verilişinə dəvət etdirir özünü. Sizdən fərqli olaraq, qazandığı üç-beş manatı aparıb içki məclislərində zəhərlənməyə xərcləmir, əvəzində arı vızıltısından fərqlənməyən səsini zorla soxur qulaqlarımıza.
Siz nə edirsiniz bəs?
Nə zaman gördük qanadlandıran enerji içkisinin əvəzinə, birinizin ağıllandıran kitabı reklam olunsun mavi ekranda? Metrodan hər gün 600 minə yaxın sərnişin istifadə edir. Amma bütün stansiyaların reklam afişaları telefon markalarıyla doludur. Az qala, Allahın göy-göyərtisini də gözümüzə soxurlar.
Adam var, kriminal aləmdən hekayə yazmaq üçün yüngülvari qayda pozuntusu edib, özünü zindana atdırır ki, sanballı əsər yaratsın. Günlərini dəlixanalarda keçirən kim, dünyanın bir ucuna gedib çıxan kim, illərlə araşdırma aparan kim...
Min bir əziyyət çəkib kitab yaz, axırda da qiymətini 3 manat, ən yaxşı halda 10 manat qoy. Onun da müəyyən faizinə kitab mağazaları göz diksin. Sonra da şikayətlən ki, bəs acından ölürəm. Sən acından ölmürsən, sən ağılsızlıqdan ölürsən, ay yazar qardaşım, bacım...
Sənin alimin də, müəllimin də ağılsızlıqdan ölür. Çünki nə sən, nə alimin, nə müəllimin cəmiyyətin formalaşmasında rol oynaya bilirsiniz.
Sizin əvəzinizə cəmiyyəti televiziyada düşük şoular, radioda həyasız qəhqəhələr, qulaqcıqlarda qışqıran “cancana”lar formalaşdırır.
Ümumiyyətlə, kitabın qiymətini min manat etmək lazımdır, min manat!
İlk mərhələdə 100 ədəd çapdan çıxarıb bir-bir iş adamlarının qapısını döyüb satmaq gərək. Əldə olunan qazancla efirdə ciddi reklamını qurmaq lazımdır.
Vallah, təbliğat yaxşı qurulsa, camaat toyuna arı vızıltısına bənzər səsləri ilə bizi manqurta çevirənləri çağırmayacaq; 10 min verəcək ki, Kəramət gəlib romanından bir parçanı açıb oxusun. Onsuz da orda əyləşənlər üçün heç bir fərqi yoxdur səhnədəki kimdir, nə oxuyur: onuncun yeganə meyar “efirdən tanıdığının” getdiyi məclisdə olmasıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar