"Göyçay rayonu faktiki olaraq iki hissəyə bölünüb" – Deputat selin yaratdığı fəsadlardan DANIŞDI
Baxılıb: 590 Tarix: 05-06-2018 12:20
Respublikanın bəzi dağlıq ərazilərində 1 və 2 iyun tarixlərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb. Nəticədə Göyçay çayının sol sahilində yerləşən ikimərtəbəli bina və fərdi yaşayış evləri üçün təhlükə yaranıb. Çaya yaxın olan 5 ailə artıq ərazidən köçürülüb, digər 45 ailəyə isə təhlükə artarsa, müvəqqəti olaraq mənzillərini tərk edərək başqa yerdə yaşamaları tövsiyə olunub.
Həmçinin Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılıb. Güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün yerində yeni körpünün, 200 metr aralıda isə alternativ körpünün tikintisinə başlanılıb.Qanunvehedef.az xəbər verir ki, 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən deputat seçilən Elman Nəsirov Modern.az-a təmsil etdiyi bölgədəki son durum barədə məlumat verib.
Deputat bildirib ki, Göyçay çayında yaranmış gursululuq nəticəsində avtomobil körpüsünün dağılması təbii hadisədir.
"Öncədən hadisə ilə bağlı müvafiq tədbirlər görülüb və körpünün üzərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı. Hazırda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və müvafiq qurumlar hadisə yerindədirlər. Orada yoxlamalar, hesablamalar gedir. Bu dəqiqə üçün əsas məsələ sel sularının azalmasını gözləməkdir. Çünki sel suları iş görməyə imkan vermir. Sadəcə suyun səviyyəsinin aşağı düşməsindən sonrakı əsas məsələ avtomobil körpüsünün bərpasıdır. Hazırda faktiki olaraq Göyçay rayonu iki hissəyə bölünüb. Rayon mərkəzi ilə əlaqə Ucar yolu vasitəsilə getməklə yarana bilir".
Deputat Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin hadisə ilə bağlı fövqəladə iclas keçirdiyini qeyd edib.
"İcra başçısı həmin iclasda müvafiq tapşırıqlar verib. Bütün qurumlar rayonda təbii fəlakətin qarşısının alınması üçün səfərbər edilib. İcra başçısının tapşırığına əsasən, əhaliyə çörəyin və ərzaq məhsullarının çatdırılması təmin edilir. Qurumlar səfərbər olunub. Bütün sutka ərzində bu fəaliyyət reallaşdırılır. Avtomobil körpüsünün üzərindən bir çox telekommunikasiya xəttləri keçdiyinə görə bu kimi məsələlərdə problemlər yaranıb. İnsanlar da bunu anlayırlar ki, hadisə təbii fəlakət nəticəsində baş verib".
Elman Nəsirov bildirib ki, hazırkı məlumata görə, 1 ev tam təhlükəli vəziyyətdədir, 3 evdən isə insanların çıxması ilə bağlı tapşırıq verilib.
"Seldən zərər görən şəxslərin yeni evlərlə təmin olunması və ya evlərin təmir olunması müvafiq komissiyanın qərarından asılı olacaq. Həmçinin, məndə olan məlumata görə, 1 həftə ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil körpüsü tikiləcək. Hazırda isə əsas məqsəd yaranmış vəziyyətin aradan qaldırılmasıdır".

Ən çox oxunanlar
Son xəbərlər