Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əfqanıstan Veteranları İctimai Birliyinin sədr və müavininə HÖKM OXUNDU

Baxılıb: 684     Tarix: 06-06-2018 11:49   

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədr müavini Cavan Əhmədovun barələrindəki məhkəmə prosesi davam edib.
 
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən,  Məhəmməd Vəliyev və Cavan Əhmədova Cinayət Məcəlləsinin 70-ci ( şərti məhlum etmə) maddəsi ilə cəza verilib.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvətalma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.
 
Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır. Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.
 
Veteranlara ayrılan torpaq sahəsi onlara pulla satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətlərə satılıb.
 
Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.шаблоны для dle 11.2