Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyəli narkobaron öz ölkəsinə təhvil veriləcək - QƏRAR

Baxılıb: 720     Tarix: 06-06-2018 15:48   

Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın barəsindəki ekstradisiya ilə bağlı məhkəmə prosesi davam edib.
 
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına görə, Turqut Kamal Abdulsəlam Türkiyəyə ekstradisiya olunacaq.
 
Hakim bildirib ki, Türkiyənin sorğusu ilə yanaşı Almaniyanın da bu şəxslə bağlı sorğusu var: "Rəqabətli sorğular olduğundan məhkəmə bu zaman seçim edir. Azyaşlı övladları olduğu üçün onun Almaniyaya verilməsindən imtina edilib".
 
İttihama görə, T. K. Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Hollandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.
Həmçinin T. K. Abdulsəlam Türkiyə tərəfindən də axtarışa verilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar