Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xaçmazda meşədə narkotik plantasiyası aşkalandı

Baxılıb: 799     Tarix: 07-06-2018 17:26   

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunvehedef.aza verilən məlumata görə,iyunun 5-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon Qarğalıq kəndinin ərazisində olan meşəlik ərazidə şəhər sakini, əvvəllər məhkum olunmuş Seyfəl Xasməmmədov və tanışı Tofiq Zeynalovu iş başında yaxalayıblar. Belə ki, adı şəkilən şəxslər həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdikləri külli miqdarda narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 20-60 sm olan  kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolları aşkar edərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Seyfəl Xasməmmədovun evinə baxış keçirilən zaman oradan hündürlüyü 80-sm olan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu da aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin ümumi çəkisinin 2300 qr olması barədə rəy verilib.
 
Dindirilmə zamanı həmin şəxslər qabaqcadan əlbir olduqlarını, meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiklərini və satış məqsədilə qulluq etdiklərini bildiriblər.
 
Faktla bağlı araşdırmalar aparılır.шаблоны для dle 11.2