Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu şəxslərə 5 min mükafat verilir

Baxılıb: 769     Tarix: 08-06-2018 13:50   
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Adlı mükafatları sahiblərinə təqdim olunub.
Kult.az xəbər verir ki, yarımkeçiricilərdə elektrik keçirmə mexanizminin aktual problemlərinə həsr olunan fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadur Tağıyevə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı verilib.
Eyni zamanda biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nano quruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb.
Bundan əlavə, xalq rəssamı Tahir Salahova Azərbaycan incəsənətində böyük xidmətlərinə görə AMEA-nın Üzeyir Hacıbəyli adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə AMEA-nın akademik Musa Əliyev adına, akademik Nailə Vəlixanlıya isə Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı təqdim olunub.
Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.шаблоны для dle 11.2