Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

AMEA-nın yeni prezidenti məlum oldu

Baxılıb: 732     Tarix: 08-06-2018 14:56   
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.
Report xəbər verir ki, toplantı akademiyanın Rəyasət Heyətinin böyük konfrans zalında keçirilir.
Ümumi yığıncaqda AMEA rəhbərliyi, akademiyanın həqiqi və müxbir üzvləri, dövlət rəsmiləri, deputatlar, ali məktəb rektorları iştirak edir.
Toplantıda AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək.
Yığıncaqda, həmçinin AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək. Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı Prezident İlham Əliyevə təqdim ediləcək.
Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcəklər.
***
Akif Əlizadə yenidən AMEA prezidenti seçilib.
Xatırladaq ki, o, bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.шаблоны для dle 11.2