Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kürdəmirdə ağır qəza: 5 yaralı

Baxılıb: 778     Tarix: 10-06-2018 11:44   

Kürdəmirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 7 radələrində Bakı-Qazax yolunun 177 km-də,  Kürdəmir rayonun  Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qaradağ rayon sakini, 1983-ci  təvəllüdlü Əliyev Faiq Tofiq oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili Qazax istiqamətində hərəkət edərkən idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü F. Əliyev, sərnişinlər - 61 yaşlı Qaradağ rayon sakini  Əliyev Tofiq Mənsim oğlu, 65 yaşlı Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu, 59 yaşlı Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı və 57 yaşlı Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğlu müxtəlif  xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

 

Faktla bağlı araşdırma aparılır





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar