Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Avtobusda qadının 180 manatını oğrulayan şəxs yaxalandı

Baxılıb: 779     Tarix: 26-04-2018 11:27   
 Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib.
 
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
 
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar olduğu müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar