Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Lənkəranda ata oğlunun başına küt alətlə vurdu

Baxılıb: 717     Tarix: 16-06-2018 10:59   


Lənkəranda 19 yaşlı oğlan baş nahiyəsindən küt alətlə vurulub.
 
APA-nın cənub bürosunun məlumatına görə, Liman şəhəri ərazisində qeydə alınan hadisə zamanı döyülən şəxs, 1999-cu il təvəllüdlü Fərid Həsən oğlu Əzizlidir.
 
F. Əzizli aldığı xəsarət ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və həkimlər tərəfindən ona müvafiq yardım göstərilib.
 
F. Əzizlinin xəstəxanaya daxil olarkən spirtli içkinin təsiri altında olduğu deyilir. Hadisənin isə aralarında yaranan mübahisə zəmnində atası Həsən Əzizli tərəfindən törədildiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar