Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dubayda gizli toplantı: Lotu Quli Avropanı ələ keçirir?

Baxılıb: 868     Tarix: 16-06-2018 12:45   


Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiylə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında əməlli panika yaranıb. Hamı, hər an istintaqa çağrılacağından narahatdır.
Musavat.com-un məlumatın görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı "valisi”, onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib.
Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, "Lotu Quli”nin Moskvaya atdığı "desantçı”lardan qorunmaq və vaxtıyla Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.
Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.
İyunun 18-də isə Dubayda "Lotu Quli”nin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək.
Sputnik-in yazdığına görə, toplantının əsas mövzusu "Avropadakı obşaka” kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və "Lotu Quli”. Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədlikdən çəkiləcək.
Amma o da sirr deyil ki, "Quli” Avropa "obşakına” nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar