Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Evlərdən oğurluq edən bir neçə şəxs saxlanıldı

Baxılıb: 623     Tarix: 18-06-2018 13:20   

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bəyimsarov kənd sakini Heydər İsmayılov saxlanılıb. Qanunvehedef.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, Seydimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.
 
Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılmış Fərid Kərimovun ətrafında Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin sentyabr ayında Mirzəqışlaq kəndi ərazisindəki evlərin birindən 2000 manat pul oğurlaması müəyyən edilib.
 
İyunun 16-da Marzılı kənd sakini Etibar Məmmədov RPŞ-yə müraciət edərək həmin gün naməlum şəxsin oğurluq məqsədilə onun evinə girməsini və ev əşyalarını dağıtmasını bildirib. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Orxan Quliyev saxlanılıb.
Araşdırmalar zamanı O.Quliyevin E.Məmmədovun evindən ötən ilin mart ayında “İJ” markalı ov tüfəngi, sentyabr ayında isə 100 manat pul və qızıl əşyalar oğurlaması müəyyən edilib.
 
Araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar