Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda deputat vəfat etdi

Baxılıb: 500     Tarix: 19-06-2018 08:25   

Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli uzun sürən xəstəlikdən sonra vəfat edib.
Report-un məlumatına görə, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi kimi də tanınır.
2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.
Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar