Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Baxılıb: 482     Tarix: 19-06-2018 14:43   

Zaqatalada külli miqdarda narkotik maddə aşkarlanıb.
 
Qanunvehedef.az-a daxil olan məlumata görə, iyunun 18-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 3,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
 
Belə ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dağlı kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Yusifov çəkisi 1 kiloqram 815 qram olan marixuananı satarkən cinayət başında yaxalanıb.
 
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.
 
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram “Metadon” və 0,9 qram “Preqabalin”  həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkar edilərək götürülüb.  
 
Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Tofiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çənətə kolu aşkar edilərək götürülüb.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb.
 
Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
 
Bu istiqamətdə tədbirlər davam etdirilir.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar