Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Motosikleti qaçıran şəxs saxlanıldı

Baxılıb: 626     Tarix: 19-06-2018 15:23   

İyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.
 
Qanunvehedef.az xəbər verir ki, məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.
 
Polis Bölməsində aparılan araşdırmalarla onun  Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyən edilib.
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar