Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı-Sumqayıt şosesində qəza: ölən və yaralanan var

Baxılıb: 568     Tarix: 19-06-2018 16:59   

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
 Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib.
Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı "Mercedes" markalı avtomobillə arakəsmə dəmirə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.
Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Avtomobil yararsız hala düşdüyündən cərimə meydançasına yerləşdirilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar