Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

DSX-dən uğurlu əməliyyat: 2 əcnəbi tutuldu

Baxılıb: 696     Tarix: 22-06-2018 10:32   

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.
DSX-dən Qanunvehedef.az-a verilən məlumata görə, son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
17 iyun tarixində “Bakı-Doha” reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb.
19 iyun tarixində “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyyən edilib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.
Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar