Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Uşaq ölümündə günahım yoxdur” dedi, 9 il iş aldı

Baxılıb: 597     Tarix: 22-06-2018 12:10   

Qubada 4 yaşlı uşağın ölümündə təqsirli bilinən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Lalə İsrafilova son söz deyib.
O, günahsız olduğunu, cinayət törətmədiyini deyib. Bildirib ki, uşağın ölümündə günahı yoxdur.
Lalə İsrafilova bu məsələdə günahsız olduğunu sübut edəcəyini söyləyib.
Daha sonra müşavirə keçirən hakim heyəti hökm elan edib.
Lalə İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə iclas zalında həbs edilib.
Qeyd edək ki, prokuror Lalə İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.
Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.
Fuad Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar