Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda məşhur marketdə dava: Rəhbəri döyüldü

Baxılıb: 639     Tarix: 22-06-2018 12:33   

“Bravo” marketlər şəbəkəsinin əməkdaşının döyülməsi ilə bağlı yayılan məlumatın təfərrüatı aydınlaşıb.
Qanunvehedef.az xəbər verir ki, tanınmış jurnalist Həbibə Abdulla döyülən şəxsin qohumu olduğunu bildirib. O qeyd edib ki, yayılan məlumatda yanlışlıq var. Belə ki, “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres" filialının rəhbərliyində təmsil olunan 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçisinin istehsal tarixi olmayan məhsulunu qəbul etməyib:
“Firmanın işçisi isə dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə onu başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib. Gecə saat 3-ə qədər xəstəxanalarda qalmışıq”.
H.Abdulla P.Rusanovun və ailəsinin şikayətçi olmadığını, buna görə də qarşı tərəfin həbs edilmədiyini bildirib. Həmçinin vurğulayıb ki, qarşı tərəf belə yalan məlumat yaymaqda davam edərsə, şikayətçi olacaqlar.
Qeyd edək ki, Report “Bravo” marketlər şəbəkəsinin işçisinin döyüldüyü, ağır xəsarətlər aldığı və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi haqda məlumat yaymışdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar