Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhkəmədən nazir müavini ilə bağlı qərar

Baxılıb: 641     Tarix: 22-06-2018 14:00   

Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.
Qərara görə, Mehman Səlimovun kasasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib.
Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğin Mehman Səlimovdan tutulması barədə qərar verilib.
Bu hökmdən narazı qalan Mehman Səlimov apellyasiya şikayəti verib. O, nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.
Mehman Səlimov həmçinin apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını da istəyib.
Bakı Apellyasiya Məhkəməsi Mehman Səlimovun şikayətini təmin etməyib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.шаблоны для dle 11.2