Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bankomatı qarət etmək istəyən şəxs tutuldu

Baxılıb: 896     Tarix: 26-04-2018 18:10   
 Ötən gün Qazax Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun ərazisində yerləşən bankomatdan oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Şöbəyə rayon ərazisindəki yerləşən bankomat köşkünün arxa qapısının sındırıldığı və içəridəki pulların oğurlanmasına cəhd olunması barəsində məlumat daxil olub. Araşıdma zamanı hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon Ağköynək kənd sakini Ziyəddin Zeynalov saxlanılıb.

İlkin ifadəsində o, aprelin 24-də gecə saatlarında bankomat köşkünə daxil olduğunu bütün cəhdlərinə baxmayaraq pulun saxlanıldığı kassanın qapısını sındıra bilmədiyini etiraf edib.

Qeyd edək ki, bütün cəhdləri boşa çıxan gənc “ovdan” əliboş qayıtmalı olub. Faktlarla bağlı araşdırmalar aparılır.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar