Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

O qızın intiharla bağlı videosunu yaymaq olmaz – Komitə

Baxılıb: 546     Tarix: 23-06-2018 09:21   

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman bəyan edir ki, bu tipli videoların yayılması intiharın təbliğatıdır.
Bu sözləri  Qanunvehedef.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov Biləsuvarda 16 yaşlı yeniyetmənin intiharı ilə bağlı yayılan videoya münasibət bildirərkən söyləyib. S.Məmmədov KİV-i intiharla bağlı informasiyaları yaymamağa çağırıb:
“İndiki gənclər öz aralarında olan münasibətləri sosial şəbəkələrdə yaymağa meyillidirlər. Onlar bəlkə də bu münasibətləri dərk etmədiklərindən, özlərinə belə çıxış yolu seçirlər. Biz Komitə olaraq, belə halları qınayırıq. Davamlı olaraq məktəblərdə bu istiqamətdə təlimlər aparılsa, intiharların sayı azalar. Hüquq-mühafizə orqanları artıq bu hadisə ilə bağlı araşdırmalara başlayıb. Bəzən KİV əməkdaşları elə hesab edirlər ki, intiharla bağlı bu tip videoların yayılması belə halların qarşısını alacaq. Amma əksinə, belə videolar insanların alt-şüuruna təsir edir və daha çox təbliğat xarakteri daşıyır. İntiharla bağlı videoların yayılmasına yol verilməməlidir. KİV-də intiharla bağlı məlumatlar nə qədər az yer alsa, insanların şüuruna o qədər az təsir göstərər”.
S.Məmmədov vurğulayıb ki, yeniyetmələr arasında intiharların artmasında məsuliyyət daşıyan tərəflərdən biri də valideynlərdir:
“Əgər onlar övladlarının psixoloji durumundan xəbərdardar olsalar, vaxtında tədbir görə bilərlər. Bununla bağlı valideyn məsuliyyəti qanunvericilikdə ayrıca qeyd olunub. Valideynlər övladlarına daha çox qayğı göstərsələr, belə problemlər yaşanmaz. Bizdə ailəiçi münasibətlərdə bəzən bu məsələlər qapalı olur. Övladlar erkən yaşlarda sevgilərini bildirməkdə çətinlik çəkirlər. Ona görə də komitə ictimaiyyətlə görüşlər zamanı bildirir ki, valideynlər övladları ilə yaxından maraqlansınlar. Valideynlərlə yanaşı, məktəb psixoloqları da uşaqlarla işləməlidir ki, belə hallar azalsın”.
S.Məmmədov sözügedən videonun mətbuat və sosial şəbəkələrdən yığışdırılması ilə bağlı Komitənin niyə indiyə qədər ictimaiyyətə çağırış etməməsinə bu cür reaksiya verib:
“Bu məsələ komitə rəhbərliyinin diqqətinə çatdırılacaq”.
Qeyd edək ki, mayın 27-də Biləsuvar rayonunda 16 yaşlı Məmmədova Səkinə Nəsimi qızı intihar edib. O, intihar səbəbi ilə bağlı video çəkib və video sosial mediada sürətlə yayılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar