Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Polis külli miqdarda narkotik aşkarladı

Baxılıb: 608     Tarix: 26-06-2018 15:40   

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir
 
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
 
Daxili İşlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evinə baxış zamanı oradan çəkisi 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
 
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.
Ağsu RPŞ-nin əməkdaşları Göydəlləkli kəndi ərazisindən çəkisi 1 ton olan 2134 ədəd, Ağdaş RPŞ-nin əməkdaşları isə Ağzıbir kəndi ərazisindən çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitmiş çətənə kolları tapılaraq məhv edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar