Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qadın qohumunu yerə yıxıb, əl qolunu bağladılar - HÖKM

Baxılıb: 678     Tarix: 27-06-2018 13:56   

Quldurluqda, xuliqanlıqda və narkotikdə təqsirləndirilən Orxan Hümmətov, onun qardaşı Vaqif Hümmətov və tanışları Rəmzi Muradovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
 Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Vaqif Hümmətov 5 il, Orxan Hümmətov 10 il, Rəmzi Muradov 9 il müddətə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Orxan Hümmətov tanışı Rəmzi Muradovla birlikdə qohumu Nuridə Məmmədovanın evinə basqın edib. Onlar qara maska geyinərək qadına fiziki hücum ediblər.  Həmin şəxslər qadının əl qolunu bağlayaraq onun 5 min manat pulunu alıblar.
 
Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Orxan Hümmətov və Abşeron rayon sakini Rəmzi Muradov saxlanılıb.
 
İlkin ifadələrində bildiriblər ki, Nuridə Məmmədovanın lotereya oynayıb 5 min manat pul götürdüyündən xəbərləri olub. Onlar ətrafında aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, Orxan Hümmətov qardaşı Vaqif Hümmətovla başqa bir xuliqanlıq da ediblər.
 
Belə ki, onlar Biləcəri qəsəbəsində Kamaz sürücüsünü xuliqanlıq niyyəti ilə döyüblər. Vaqif Hümmətov saxlanılan zaman onun üzərindən silah və narkotik maddə aşkarlanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar