Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını yaralayana 20 İL HƏBS

Baxılıb: 674     Tarix: 04-07-2018 16:38   
Oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
Qanunvehedef.az-ın məlumatına görə, Bakə Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
 
Prokuror Orxan Kəngərli çıxış edərək Maqsud Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
 
 
Zərərçəkən şəxsin hüquqi varisi təqsirləndirilənə ömürlük cəza tələb edib.
 
Maqsud Əliyev son sözündə peşman olduğunu deyib.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Maqsud Əliyev  20 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibinin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.
 
Z.Sərxanova xəstəxanaya yerləşdirilib.
 
Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
 
İstintaq araşdırması zamanı məlum olub ki, Maqsud Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın da mənzilinə basqın edib. O, bıçaqla qadını hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar