Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Biləsuvarda ağır qəza: 2 ölü, 2 yaralı

Baxılıb: 678     Tarix: 05-07-2018 10:28   

Biləsuvarda minik və yük avtomobili toqquşub, nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 103-cü km-də, rayonun Xırmabdalı kəndi ərazisində baş verib.

 

VAZ markalı minik avtomobil ilə "Suzuki" markalı yük maşınının tioqquşması zamanı minik maşınında olan Cəlilabad rayon sakinləri - 1992-ci il təvəllüdlü Rəşad Əlizadə oğlu Həsənov və 1987-ci il təvəllüdlü Saməddin Vaqif oğlu İsmayılov ölüb. Digər iki nəfər - 1987-ci il təvəllüdlü Şəhriyar Azad oğlu Cananov və 1992-ci il təvəllüdlü Əli Sahib oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

 

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Onlar deformasiyaya uğramış minik avtomobilində qalan meyitləri və yük maşınında olan yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı  araşdırma aparılır.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar