Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İrandan gələn iki şəxsin daxili orqanında narkotik aşkarlandı

Baxılıb: 599     Tarix: 05-07-2018 10:31   

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada yolla birlikdə gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanılıb.
 
Qanunvehedef.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, idarənin sərnişin şöbəsində hər iki vətəndaşın üzərində şəxsi yoxlama zamanı onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Həmin şəxslər gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb və tibbi müayinədən keçirilib. Nəticədə, saxlanılan vətəndaşlardan birinin düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 112,165 qram olan heroin, digərinin düz bağırsağında isə iki ədəd bağlamada, xalis çəkisi 109,380 qram olan heroin aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar