Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dələduzluq edən zərgərə 7 İL HƏBS

Baxılıb: 732     Tarix: 05-07-2018 12:30   

Dubaydan brilliant almaq adı ilə tanışına qarşı 95 min manatlıq dələduzluq etməkdə təqsirli  bilinən Məmmədağa Zülfüqarovun cinayət işi üzrə məhkəmə başa çatıb.
 
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Məmmədağa Zülfüqarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Məmmədağa Zülfiqarov Moskva univermağında qızıl satışı ilə məşğul olub. O, həmçinin zərgər olub. M. Zülfüqarov tanışı Akif Əlizadə ilə biznes qurmaq istəyib. Ondan 95 min manat alaraq Dubaydan brilliant alıb, onu üzük-sırğa keçirib satacağını bildirib. Lakin o verdiyi vədə əməl etməyib.
 
Zərərçəkənin şikayəti əsasında M. Zülfüqarov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluqla ziyan vurma) maddəsi ilə ittiham verilib.
 



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar