Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tənqidçinin öldürüldüyü klinika sahibi yenə şikayət verdi

Baxılıb: 680     Tarix: 10-07-2018 11:28   

Mənimsəmə, sənəd saxtalaşdırılması və vergidən yayınmada ittiham olunan “Medi Sina” klinikasının sahibi Muğdət Həşimov yenidən kassasiya şikayəti verib.
Ali Məhkəmədən Qanunvehedef.az-a verilən məlumata görə, Müğdət Həşimovun kassasiya şikayəti hakim Tahir Kazımovun icraatındadır.
Məhkəmə baxışı sentyabrın 5-ə təyin edilib.
Qeyd edək ki, bir neçə ay əvvəl də Müğdət Həşimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin proses zamanı təqsirləndirilən şəxs şikayətini geri götürmüşdü.
Hakim heyəti Müğdət Həşimovun imtina ərizəsini təmin etmişdi. Onun verdiyi kassasiya şikayəti məhkəmə baxışından çıxarılmış və iş materialları apellyasiya instansiyasına qaytarılmışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub.
İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.
Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib.
“Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar