Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dəhşət: toya gedən ailə qəzaya düşdü: 3 ölü, 4 yaralı

Baxılıb: 861     Tarix: 10-07-2018 15:35   


Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var.
Report-un məlumatına görə, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən bir ailənin 7 üzvü yol qəzasına düşüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlər:
Fuad Aydınzadə (1988), Bənövşə Aydınzadə (1963), Nuray Yadınzadə (7 aylıq).
Yaralılar:
Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008),Aydınzadə Zəhra (2011).



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar