Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda dəhşətli qəza: 1 ölü, 13 yaralı

Baxılıb: 525     Tarix: 12-07-2018 10:59   

 Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Qanunvehedef.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı 90 OJ 802 dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.
Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.
***
Bakı Nəqliyyat Agentliyi Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yayıb.
"Hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Yük maşını hərəkətdə olan avtobusa sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.
Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır" - məlumatda qeyd olunub.
***
Ağır qəza zamanı yaralanan sərnişinlərdən 7 nəfəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, yaralılardan biri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib:
“2 nəfər Ələt poliklinikasına müraciət edib. 3 nəfərə isə yerində yardım göstərilib. Bir nəfər isə hadisə yerində dünyasını dəyişib”.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər