Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda DƏHŞƏT: nişanlı qız 17 yaşlı qardaşını qətlə yetirdi

Baxılıb: 672     Tarix: 17-07-2018 10:22   

Gədəbəydə 20 yaşlı qızın özündən 3 yaş kiçik qardaşını qətlə yetirməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qanunvehedef.az xəbər verir ki, Slavyanka kəndində ehtiyatsızlıqdan 2001-ci il təvəllüdlü qardaşı Samir Alıyevi boğaz nahiyəsindən bıçaqlayaraq öldürən Sevinc Alıyevanın nişanlı olduğu və ailənin toya hazırlaşdığı məlum olub.
 
 
Bildirilir ki, ailə başçısı Sübhan Alıyev vaxtaşırı olaraq işləmək üçün Rusiya Federasiyasına gedir və hazırda qonşu ölkədədir. Hadisədən sonra ona məlumat verilib və uşaqların atası ölkəyə qayıdır.
 
Vəfat edən 17 yaşlı Samir Alıyev məktəbi bu il bitiribmiş.
 
Hadisə ilə bağlı daha konkret məlumatlar prokurorluqda aparılan araşdırmadan sonra üzə çıxacaq.
 
 
 
******
 
 
9:13
 
 
Gədəbəydə qətl hadisəsi baş verib.
 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Slavyanka kəndində baş verib. Kənd sakini 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.
 
 
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar