Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şok iddia: Təcili yardım hadisə yerindən qaçdı? - Nazirlik

Baxılıb: 717     Tarix: 17-07-2018 17:16   

Ceyhun Mustafayev adlı sosial şəbəkə istifadəçisi İmişli rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı maraqlı iddia irəli sürüb.
Qanunvehedef.az xəbər verir ki, hadisə şahidi olduğunu bildirən C.Mustafayev hadisə yerinə çağrılan təcili tibbi yardımın Saatlı rayonundan gəldiyini, sonra isə ərazisi olmadığını bildirərək dərhal geri qayıtdığını iddia edib.
Onun sözlərinə görə, növbəti təcili yardım maşını isə 1 saat sonra İmişlidən gəlib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, belə bir halın baş verməsi mümkün deyil.
“Yayılan informasiyalar yalandır. Təcili yardıma müraciət olunduqdan sonra əraziyə uyğun stansiyadan yardım gəlib”.
Qeyd edək ki, Trend-in məlumatına görə, ötən gün İmişli rayonunun Xəlfəli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Priora" markalı T 668 K 163 RF dövlət nömrə nişanlı avtomobil Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşısına çıxan camışı vurub. Nəticədə avtomobildəki sərnişin Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar