Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Könül Kərimovaya qarşı 32 minlik dələduzluq

Baxılıb: 711     Tarix: 18-07-2018 10:48   

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Report xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.
O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.
Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürəcəyi vədi verib.
O, bu işə görə K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.
M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar