Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ataları döydü, onlar baltaladı: Qardaşların törətdiyi QƏTLİN SƏBƏBİ - VİDEO

Baxılıb: 380     Tarix: 02-08-2022 10:48   

Masallıda mülk üstündə düşən mübahisə ölümlə nəticələnib. İki qardaşın öz əmilərini öldürdüyü bildirilir. Onların arasındakı mülk davası 20 ilə yaxındır davam edirmiş.
Qanunvehedef.az-ın "Xəzər TV"yə istinadla məlumatına görə, hadisə rayonun Təzə Alvadı kəndində baş verib.
Qohumlarının bildirdiyinə görə, baba mülkünün bölünməsi qohumlar arasında münaqişəyə səbəb olub. 61 yaşlı İbadulla Səfərov qardaşının ailəsinin də yaşadığı iki mərtəbəli evin ona məxsus olan üçdə bir hissəsini söküb. Elə mübahisə də bundan sonra yaranıb.
Qohumlar tərəflər arasında narazılığın illərdir davam etdiyi bildirilib. Qətli törətməkdə şübhəli bilinən qardaşların ataları da hazırda həbsdədir. Buna səbəb onun da öz doğma qardaşı İbdulla Səfərovla dava etməsi olub.
Hadisə barədə Masallı Rayon Prokurorluğundan ildirilib ki, aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar